Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB-2

Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB-2 Hadisə axşam saatlarında Goranboy-Tərtər yolunda baş verib
Hadisə
27 İyul , 2017 00:21
Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəzanın bəzi təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB-2
Foto:Report.az

Goranboy. 27 iyul. REPORT.AZ/ Goranboy-Tərtər yolunda baş vermiş qəzanın bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza təmir işləri görülən avtomobil yolunda baş verib.

Sürücü yol işarələrinə riayət etmədən qadağan olunmuş yolla gedib. Bu zaman dövlət nömrə nişanı "31-BG-207" olan "VAZ-2104" markalı avtomobil yolun kənarında qazılmış xəndəyə düşüb.


***22:40

Goranboy. 26 iyul. REPORT.AZ/ Goranboy rayonunda avtomobilin aşması nəticəsində xəsarət alanların adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Goranboy rayon Xanqərvənd kənd sakini, 1975-ci il təvəllüdlü Həsənov Ayaz Tofiq oğlu, onun həmkəndlisi 1978-ci il Əliyev Vuqar Hüseyn oğlu və Bakı şəhər Suraxanı rayon sakini, avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü, Əliyev Ramiz Nəsirəddin oğludur.


***22:05

Goranboy. 26 iyul. REPORT.AZ/ Goranboy rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Goranboy-Tərtər avtomobil yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan "VAZ-2104" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralıları yaxınlıqdan keçən taksi sürücüsü öz avtomobililə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Hazırda yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilir. Onların kimlikləri və hadisənin dəqiq səbəbləri Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi