Goranboyda avtobus piyadanı vuraraq öldürüb

Goranboyda avtobus piyadanı vuraraq öldürüb Goranboy. 20 mart. REPORT.AZ/ Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib. 
Hadisə
117
20 Mart , 2018 12:04
Goranboyda avtobus piyadanı vuraraq öldürüb

Goranboy. 20 mart. REPORT.AZ/ Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunda qeydə alınıb. 

Belə ki, magistralın Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində ər-arvad yolu keçmək istəyirlərmiş. Bu zaman Bakıdan Gədəbəy rayonuna doğru hərəkət edən sərnişin avtobusu kişini vurub. Nəticədə Naftalan sakini, 1966-ci il təvəllüdlü Suliddin Qəmət oğlu Şərifov hadisə yerindəcə ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi