Goranboyda ağır yol qəzasında 7 nəfər xəsarət alıb - SİYAHI

Goranboyda ağır yol qəzasında 7 nəfər xəsarət alıb - SİYAHI Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
12 Sentyabr , 2017 12:32
Goranboyda ağır yol qəzasında 7 nəfər xəsarət alıb - SİYAHI
Report

Goranboy. 12 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Abbasqulular kəndində qeydə alınan qəzada 7 nəfər xəsarət alıb.

Belə ki, 1973- cil təvəllüdlü Razim Nəcəfqulu oğlu Nəcəfovun idarə etdiyi "VAZ-2015" markalı avtomobil qarşı tərəfdən gələn, Goranboy rayon sakini, 1951-ci il təvəllüdlü Eldar Hüseyn oğlu Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes" markalı maşında olan sürücünün ailə üzvləri xəsarət alıblar.

Yaralılar:

1951-ci il təvəllüdlü Eldar Hüseyn oğlu Xəlilov,

1980-ci il təvəllüdlü Elnarə Sərdar qızı Xəlilova,

2005-ci il təvəllüdlü Gülşanə Eldar qızı Xəlilzadə,

2011-ci il təvəllüdlü Cəsur Eldar oğlu Xəlilzadə,

1971-ci il təvəllüdlü Aybəniz Fabrəddin qızı Nəbiyeva,

1973- cil təvəllüdlü Razim Nəcəfqulu oğlu Nəcəfov,

1957-ci il təvəllüdlü Kifayət Səfər qızı Qasımlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi