Yuxarı

Goranboyda ağır yol qəzası baş verib: 1 ölü, 2 yaralı

“VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib

Bakı. 3 yanvar. REPORT.AZ/ Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Goranboy rayonu, Balakürd kəndində (rayon mərkəzindən 10 km aralı) “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin xəsarət alan sürücüsü və avtomobildə olan sərnişin 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyidi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi