Goranboyda ağır yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub

Goranboyda ağır yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub Qəza nəticəsində avtomobilin yük yerindəki soğanlar yola tökülüb
Hadisə
9 İyul , 2017 22:49
Goranboyda ağır yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub

Goranboy. 9 iyul. REPORT.AZ/ Goranboy rayonunda soğan daşıyan yük avtomobilinin maneəyə çırpılması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Bakı-Qazax yolunun Goranboy rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

"Qazel" markalı yük maşınının maneyə çırpılması nəticəsində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü sürücü Əliyev Qərib Qələndər oğlu və Anar adlı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən hər iki yaralının vəziyyəti orta-ağırdır.

Qəza nəticəsində avtomobilin yük yerindəki soğanlar yola tökülüb və bir müddət avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi