Goranboyda ağır yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb - FOTO

Goranboyda ağır yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb - FOTO Xəsarət alanlaran birinin vəziyyəti ağırdır
Hadisə
13 İyul , 2017 23:31
Goranboyda ağır yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb - FOTO
Foto: Report.az

Goranboy. 12 iyul. REPORT.AZ/ Goranboy rayonunda baş vermiş avtomobil qəzasında 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndinin ərasizindən keçən Daşaltı-Naftalan yolunda baş verib.

Dövlət qeydiyyat nişanı "20-DU-163" olan "BMW" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan, Tapqaraqoyunlu kənd sakini, 1989-cu il təvəllüdlü İsmayılov Nadir Məmmədqulu oğlu və onun həmkəndlisi, 1990-cı il təvəllüdlü Əmirov Səxavət Muşfiq oğlu Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyətləri orta-ağırdır. 1989-cu il təvəllüdlü üçüncü yaralı Mehracov İsmayıl Altay oğlunun vəziyyəti ağır olduğundan o Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi