Yuxarı

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə rayonun Şıxlar kəndinə gedən yolda qeydə alınıb

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün axşam saatlarında Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Şıxlar kəndinə gedən yolda qeydə alınıb.

Belə ki, Xaliq Əhmədovun sürücüsü olduğu "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən yolun kenarında dayanan buldozerə çırpılıb.

Qeza neticəsində sürücü ağır bədən xəsarəti alıb. Zərərçəkmiş yaxınlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Goranboy Rayon Polis Şöbesində faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi