Goranboyda 35 yaşlı kişi zəhərlənib 

Hadisə
  • 12 yanvar, 2022
  • 14:48
Goranboyda 35 yaşlı kişi zəhərlənib 

Goranboy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü T.Namazov yaşadığı evdə dəm qazından zəhərlənib.

O, ağır halda xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən şəxsin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 filmi