Goranboyda 2 qadın bıçaqlanıb

Hadisə
  • 11 iyun, 2022
  • 18:36
Goranboyda 2 qadın bıçaqlanıb

Goranboy şəhərində 2 qadın bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü S.Hüseynova və həmyaşıdı S.Ələkbərova bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.