Goranboy. 13 iyul. REPORT.AZ/ Goranboy rayonunun Rus-Borisi kəndində 2-ci qrup əlil özünü yaşadığı evin tavanından asaraq intihar edib.
Xocalı Rayon Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, Kəlbəcər rayonunun Zəylik kənd sakini, 1968-ci il təvəllüdlü Məhərrəmov İlqar Şahməmməd oğlu məcburi köçkün kimi müvəqqəti yaşadığı evdə kənd sakinləri tərəfindən tavandan asılı vəziyyətdə tapılıb. Onun, eləcə də qardaşının ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.