Goranboyda 10 hektar pambıq sahəsi sel sularının altında qalıb - FOTO

Goranboyda 10 hektar pambıq sahəsi sel sularının altında qalıb - FOTO Pambığın çiçək açdığı vaxt olduğuna görə, bitkiyə ciddi ziyan dəyib
Hadisə
21 İyun , 2017 14:25
Goranboyda 10 hektar pambıq sahəsi sel sularının altında qalıb - FOTO
Report.az

Goranboy. 21 iyun. REPORT.AZ/ Goranboy rayonunda pambıq sahələri sel sularının altında qalıb.

"Report"un Qərb bürosunun məlumatına görə, buna səbəb rayon ərazisindən keçən Goran çayının daşmasıdır. Nəticədə ətrafda olan 10 hektara yaxın pambıq sahəsini su basıb. 

Fermerlər bildirir ki, pambığın çiçək açdığı vaxt olduğuna görə, bitkiyə ciddi ziyan dəyib. 

Goranboy Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna verilən məlumata görə, ötən gün yağan güclü dolu və yağışdan sonra rayonda fəsadların yarandığı ərazilərə baxışlar davam edir: "Baş verən təbiət hadisəsi ilə bağlı Rayon İcra hakimiyyətində komissiya yaradılıb. İcra başçısnın göstəriş və tapşırıqlarına əsasən aşkarlanan problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görüləcək".

Son xəbərlər

Orphus sistemi