Goranboy və Yevlaxda avtomobillərdən akkumulyator oğurlanıb

Goranboy və Yevlaxda avtomobillərdən akkumulyator oğurlanıb Goranboy və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər
Hadisə
15 Mart , 2021 12:51
Goranboy və Yevlaxda avtomobillərdən akkumulyator oğurlanıb

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində oğurluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Goranboy və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhər sakini E.Əşrəfova məxsus “KamAZ” markalı iki avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakinləri O.Məmmədzadə və əvvəllər məhkum olunmuş S.Qasımzadə saxlanılıb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların N.Ələkbərova məxsus “KamAZ” markalı avtomobildən, martın 7-dən 9-dək olan müddətdə isə Yevlax rayon sakinləri M.Niftalıyevə, Q.Muxtarova məxsus traktorlardan və Z.Quliyevə məxsus “ZİL” markalı avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi