Goranboy və Astarada yanğın hadisələri baş verib

Goranboy və Astarada yanğın hadisələri baş verib Xəsarət alan yoxdur
Hadisə
25 Fevral , 2015 23:05
Goranboy və Astarada yanğın hadisələri baş verib

Bakı. 25 Fevral. REPORT.AZ/ Goranboy və Astara rayonlarında yanğın hadisələri baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Astarada isə yanğın rayonun Şahağac kəndində (rayon mərkəzindən 18 km aralı) qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi