Qidadan zəhərlənən 24 YAŞLI Goranboy sakininn son durumu açıqlanıb.
TƏBİB-dən "Report"un Qərb bürosuna bildirilib ki, 2025-ci il aprelin 3-ü saat 02:10 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər, botulizm şübhəsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır.
"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü X. Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Gənc qızın vəziyyəti ağır qiymətləndirilir. Yaxınları onun pomidor turşusundan zəhərləndiyini ehtimal edir.
Faktla bağlı araşdırma aparılır.