Goranboy sakini bədbəxt hadisə nəticəsində ölüb

Hadisə
  • 28 iyul, 2022
  • 05:07
Goranboy sakini bədbəxt hadisə nəticəsində ölüb

Goranboy sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

"Report" xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1997-ci il təvəllüdlü Hüseynov Sərxan İlham oğlu əmisinə məxsus fərdi yaşayış evinin həyətində elektrik naqilinə əlavə işıq patronu quraşdırmaq istəyərkən elektrik cəryanı vurması nəticəsində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.