Goranboyda silah-sursat tapılıb
Hadisə
- 27 yanvar, 2021
- 12:42
Goranboy rayonunda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu, Yenikənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı oradan 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alıştırıcısı üzərində olan, 1 ədəd alıştırıcısız “F-1”, 1 ədəd PRO, 1 ədəd RPN əl qumbaraları, ümumilikdə 1 632 ədəd müxtəlif kalibirli patron, 4 ədəd müxtəlif silahlara məxsus avtomat darağı və sandıqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
04:44
FES faiz dərəcəsini azaltmasa, Tramp bəzi ölkələrlə ticarəti dayandıra bilər
Digər ölkələr04:04
"SpaceX" şirkəti "O3b mPOWER"in üç peykini orbitə çıxarıb
İKT03:43
ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib
Digər ölkələr03:19
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
Digər ölkələr02:51
Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb
Digər ölkələr02:20
İraqdakı müəssisədə ammonyak sızması zamanı iki nəfər ölüb
Digər ölkələr01:55
Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib
Region01:27
"Exit-poll": İsveç müxalifəti parlamentdə yerlərin əksəriyyətini əldə edir - YENİLƏNİB
Digər ölkələr01:10