Prokurorluq: Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prokurorluq: Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə bax
Hadisə
317
18 Yanvar , 2022 21:54
Prokurorluq: Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır
0 : 00
0 : 00

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan "Report"a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi