Göradildə oğrular cinayət başında yaxalanıb

Göradildə oğrular cinayət başında yaxalanıb Hadisə Bakı şəhər sakini Elmira Ağayevaya məxsus bağ evində baş verib
Hadisə
8 Fevral , 2016 13:01
Göradildə oğrular cinayət başında yaxalanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Göradildə oğrular cinayət başında yaxalanıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 6-da saat 2 radələrində Göradil qəsəbəsində yaşayan Bakı şəhər sakini Elmira Ağayevaya məxsus bağ evindən Baş Mühafizə İdarəsinə "həyəcan" siqnalı daxil olub.

Dərhal hadisə yerinə gələn Abşeron Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən Masallı rayon sakini Qubad İbadov və paytaxt sakini, əvvəllər məhkum olunmuş Mirhəşim Seyidov saxlanılıb və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil veriliblər.

M.Seyidovun üzrərinə baxış zamanı əlcək, 1 ədəd bıçaq və 0,166 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi