Gömrükçülər yük maşınında kosmetik preparatlar aşkar edib

Gömrükçülər yük maşınında kosmetik preparatlar aşkar edib Bununla bağlı Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn "MAN" markalı yük avtomobili saxlanılıb
Hadisə
15 Aprel , 2021 13:27
Gömrükçülər yük maşınında kosmetik preparatlar aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn "MAN" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Bu barədə "Report" DGK-ya istinadən xəbər verir.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda-yataq yerinin altındakı soyuducunun arxa hissəsində olan boşluqda, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 60 qutu kosmetik preparatlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi