Gömrükçülər külli miqdarda bəyan edilməyən mallar aşkarlayıb

Gömrükçülər külli miqdarda bəyan edilməyən mallar aşkarlayıb Alma yükünün içərisindən gömrük nəzarətindən gizlədilən müxtəlif markalı ətir və ətir yağları aşkarlanıb
Hadisə
21 Dekabr , 2020 16:28
Gömrükçülər külli miqdarda bəyan edilməyən mallar aşkarlayıb
0 : 00
0 : 00

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda ətirlərin və ətir yağlarının gömrük nəzarətinə bəyan etmədən keçirilmə cəhdinin qarşısını alıblar.

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Belə ki, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumata əsasən Xaçmaz dəmir yolu stansiyasında Rusiya Federasiyasına gedən qatara gömrük baxışı keçirilib. Qatarın vaqonlarının birində 76 ədəd karton qutularda olan alma yükünün içərisindən gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 236 ədəd ətir, 73 ədəd ətir yaği, eləcə də külli miqdarda ətir qabları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi