Gömrükçülər yuyucu vasitənin içində "Tramadol" aşkar edib

Gömrükçülər yuyucu vasitənin içində "Tramadol" aşkar edib Bakı. 22 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Hadisə
22 Dekabr , 2017 10:57
Gömrükçülər yuyucu vasitənin içində Tramadol aşkar edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Əl yükünə baxış zamanı, yuyucu vasitənin içində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1 491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Tramadol" Azərbaycanda müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar olunan 1 491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi