Gömrükçülər yükün altında qəlyan üçün tütün aşkarladılar

Gömrükçülər yükün altında qəlyan üçün tütün aşkarladılar Azərbaycandan Rusiyaya ixrac olunan pomidor, limon və nar yüklü vaqona Şimal Ərazi Baş Gömrük İdarəsinin Yalama gömrük postunda baxış keçirilib.
Hadisə
17 Aprel , 2020 12:21
Gömrükçülər yükün altında qəlyan üçün tütün aşkarladılar

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor, limon və nar yüklü vaqona Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postunda baxış keçirilib. 

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Yoxlama zamanı 24 ədəd nar yüklü qutunun altından gömrük nəzarətindən gizlədilən şüşə və dəmir qablarda müxtəlif markalı, ümumilikdə 1 798 ədəd qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi