Gürcüstandan tibbi ləvazimatlar və dərman preparatların keçirilməsinin qarşısı alındı

Gürcüstandan tibbi ləvazimatlar və dərman preparatların keçirilməsinin qarşısı alındı Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Mercedes Benz Actros markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Hadisə
107
18 May , 2020 17:36
Gürcüstandan tibbi ləvazimatlar və dərman preparatların keçirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Bu barədə "Report" DGK-ya istinadən məlumat verir.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda 3 ədəd tibbi avadanlıq, 120 ədəd dərman və 110 ədəd tibbi ləvazimat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi