Gömrükçülər Rusiyadan gələn yük maşınında dərman preparatları aşkarlayıb

Gömrükçülər Rusiyadan gələn yük maşınında dərman preparatları aşkarlayıb Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
177
3 İyun , 2021 09:38
Gömrükçülər Rusiyadan gələn yük maşınında dərman preparatları aşkarlayıb
0 : 00
0 : 00

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiyadan gələn "MAN" və "İveco" markalı yük avtomobillərinə "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttində gömrük baxışı həyata keçirilib.

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 1980 ədəd kapsul, 270 ədəd həb müxtəlif adlarda dərman preparatları, 6 ədəd spirtli içki, hava tənzimləyiciləri və digər mallar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi