Gömrükçülər Rusiyadan gələn Azərbaycan vətəndaşından 77 qutu papiros müsadirə ediblər

Gömrükçülər Rusiyadan gələn Azərbaycan vətəndaşından 77 qutu papiros müsadirə ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Oktyabr , 2017 11:08
Gömrükçülər Rusiyadan gələn Azərbaycan vətəndaşından 77 qutu papiros müsadirə ediblər

Bakı. 31 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, yanacaq çəninin içərisindən 77 qutu "Belomorkanal" markalı papiroslar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi