Bakı. 24 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitələr və 1 820 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.