Gömrükçülər Gürcüstandan gələn yük maşınından dərman preparatları aşkar edib

Gömrükçülər Gürcüstandan gələn yük maşınından dərman preparatları aşkar edib Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən dərman preparatlarının qanunsuz yolla ölkəmizə gətirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
6 Oktyabr , 2021 17:23
Gömrükçülər Gürcüstandan gələn yük maşınından dərman preparatları aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən dərman preparatlarının qanunsuz yolla ölkəmizə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Report" DGK-ya istinadən xəbər verir.

Məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda "Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı vətəndaşlar idarə etdiyi nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 363 flakon və şprislərdə müxtəlif adlarda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi