Gömrükçülər Gürcüstandan gələn şəxsdən 18 ədəd "İphone" aşkarlayıb

Gömrükçülər Gürcüstandan gələn şəxsdən 18 ədəd "İphone" aşkarlayıb Bunula bağlı Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb
Hadisə
2 Fevral , 2021 12:38
Gömrükçülər Gürcüstandan gələn şəxsdən 18 ədəd İphone aşkarlayıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunun qapısının içində xüsusi düzəldilmiş gizli saxlanc yerindən 18 ədəd "İphone 12" markalı mobil telefonlar aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi