Gömrükçülər dərman preparatları, ehtiyat hissəsi və siqaretlər aşkarlayıb

Gömrükçülər dərman preparatları, ehtiyat hissəsi və siqaretlər aşkarlayıb Bununla bağlı "Qırmızı Körpü" gömrük postunda 2 ədəd "DAF", 2 ədəd "Mercedes-Benz" və "Ford F-max" markalı yük nəqliyyat vasitələri saxlanılıb.
Hadisə
561
31 Avqust , 2020 13:21
Gömrükçülər dərman preparatları, ehtiyat hissəsi və siqaretlər aşkarlayıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə dərman preparatları, siqaretlər, avtomobil ehtiyat hissəsi və soyuq silahın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Bu barədə "Report" DGK-ya istinadən xəbər verir.

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd "DAF", 2 ədəd "Mercedes-Benz" və "Ford F-max" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, 1 ədəd beşbarmaq, 36 qutu dərman preparatı, 1 ədəd avtomobil ehtiyat hissəsi, ümumilikdə 1 400 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi