Gömrükçülər Azərbaycan vətəndaşının üzərində mobil telefonlar və siqaretlər aşkar edib

Gömrükçülər Azərbaycan vətəndaşının üzərində mobil telefonlar və siqaretlər aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Noyabr , 2016 11:22
Gömrükçülər Azərbaycan vətəndaşının üzərində mobil telefonlar və siqaretlər aşkar edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama nəticəsində həmin şəxsin gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd “Samsung Galaxy J1 Prime” markalı mobil telefon və üzərində Azərbaycanın aksiz markası olmayan cəmi 980 ədəd “Marlboro” və “Parliament” markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi