​Gömrükçülər Azərbaycan vətəndaşında narkotik aşkar ediblər

​Gömrükçülər Azərbaycan vətəndaşında narkotik aşkar ediblər Faktla bağlı təhqiqat aparılır
Hadisə
22 Dekabr , 2015 12:14
​Gömrükçülər Azərbaycan vətəndaşında narkotik aşkar ediblər

Bakı. 22 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi yük avtomobilində narkotik vasitə aşkar edib. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Naxçıvan MR-dən İran ərazisindən tranzit keçməklə Biləsuvar istiqamətindən gələn Azərbaycan vətəndaşı A.Həsənovun idarə etdiyi “DAF XF-95” markalı yük avtomobilinə baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi