Bakı. 5 iyul. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində iki Azərbaycan vətəndaşı saxlanıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətin “Report”a verilən məlumata görə, saxlanılanlardan birinin idarə etdiyi “Vaz-21063” markalı minik avtomobilindən 80 min ədəd siqaretlər aşkar edilərək götürülüb.
Əməliyyat Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında həyata keçirilib.
Məlumatda həmin şəxslər aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama, eyni zamanda Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən müxtəlif markalı siqaretləri Azərbaycanda realizə etməklə məşğul olub.
Faktla bağlı araşdırma aparılır.