Gömrükçülər 7000-ə yaxın yaddaş kartını müsadirə edib

Gömrükçülər 7000-ə yaxın yaddaş kartını müsadirə edib Mallara rentgen aparatı ilə baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb
Hadisə
7 Noyabr , 2016 14:38
Gömrükçülər 7000-ə yaxın yaddaş kartını müsadirə edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dubaydan (BƏƏ) Bakı Karqo Terminalına, Azərbaycan vətəndaşının adına gömrük bəyannaməsində göstərildiyi kimi, mobil telefon aksesuarları - LCD ekranlar və telefon üzlükləri (kaburaları) daxil olub.

Lakin mallara rentgen aparatı ilə baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb və bununla bağlı təkrar gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı LCD ekran qutularına qablaşdırılan, gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində göstərilməyən cəmi 6 930 ədəd yaddaş kartı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi