Gömrükçülər 2200 ədəd siqaret aşkar edib

Gömrükçülər 2200 ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
16 May , 2017 10:36
Gömrükçülər 2200 ədəd siqaret aşkar edib
Customs.gov.az

Bakı. 16 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2 200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi