Gömrükçülər 22 mindən çox müxtəlif markalı siqaretlər aşkar edib

Gömrükçülər 22 mindən çox müxtəlif markalı siqaretlər aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Dekabr , 2016 11:12
Gömrükçülər 22 mindən çox müxtəlif markalı siqaretlər aşkar edib

Bakı. 28 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Baxış zamanı avtomobilin yük yerində Azərbaycanın aksiz markasıyla markalanmayan 22 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi