​Gömrükçülər 144 butulka qaçaqmal araq aşkar edib

​Gömrükçülər 144 butulka qaçaqmal araq aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Avqust , 2016 14:37
​Gömrükçülər 144 butulka qaçaqmal araq aşkar edib

Bakı. 10 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Qazax-Gəncə yolunda saxlanılıb. 

“Report”un DGK-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, həmin nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı, nəqliyyat vasitəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd 1 litrlik “Nemiroff” adlı araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi