Gömrük siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısını alıb

Gömrük siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısını alıb Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
21 Avqust , 2020 09:46
Gömrük siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısını alıb

Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz 1840", "Mercedes-Benz Axor" və "Volvo" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3 800 ədəd müxtəlif markalı siqaretlər və 176 həb müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi