Gömrük postunun rəisi uşaqlıq dostuna qarşı 192 min manatlıq dələduzluq edib  

Gömrük postunun rəisi uşaqlıq dostuna qarşı 192 min manatlıq dələduzluq edib   Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Samir Məmmədov, Azər Orucov və Cavidan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
591
18 Dekabr , 2021 12:52
Gömrük postunun rəisi uşaqlıq dostuna qarşı 192 min manatlıq dələduzluq edib  

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Samir Məmmədov, Azər Orucov və Cavidan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədovla C.İbrahimova şərti cəza verilib, A.Orucov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, S.Məmmədov Dövlət Gömrük Komitəsində yüksək vəzifədə işləyərkən, öz qulluq mövqeyindən sui-istifadə edib və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, o, digər şəxslərlə birlikdə qabaqcadan əlbir olaraq, 2020-ci ildə uzun müddət dostluq münasibətlərində olduğu, biznes fəaliyyəti ilə məşğul olan şəxsin ümumilikdə 192 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək aralarında bölüb.

İttiham aktına qeyd edilib ki, S.Məmmədov tanışına onun şirkətinə məxsus 6 ünvanda yerləşən 2 150 kvadrat metr qeyri-yaşayış sahəsinin və həmin tikilinin yerləşdiyi 2 hektar həcmdə torpaq sahəsinin sənədləşdirilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması vədini verib. Daha sonra o, vədinə əməl etməyib.

Məhkəmədə dindirilən S.Məmmədov ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilmədiyini deyib. O ifadəsində göstərib ki, 1991-ci ildən uşaqlıq dostu olan zərərçəkmişlə ortaq biznes fəaliyyəti ilə məşğul olub. 2001-ci ildən Dövlət Gömrük Komitəsində işə başlayıb və rəhbər vəzifələrdə çalışıb. 2018-ci ildən 2020-ci ilin oktyabr ayınadək Dövlət Gömrük Komitəsinin idarələrinin birində rəis, 2020-ci ilin oktyabr ayından isə Astara dəmiryolu gömrük postunda rəis vəzifəsində işləyib.

İstintaq orqanları tərəfindən təqsirləndirilən şəxslərin barələrində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub.

Son xəbərlər

Orphus sistemi