Bakı. 21 noyabr. REPORT.AZ/
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin yük yerindəki qara rəngli polietilen paketlərdən, 4 ədəd plastik qabda, ümumi çəkisi 2120 qram olan qara rəngli dənəvari balıq kürüsü, 2000 ədəd “Parliament Heets” və 200 ədəd “Parliament Compact” markalı siqaretlər, 2 ədəd “Samsung Galaxy S9” markalı mobil telefonlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.