DGK: Külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

DGK: Külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən Samur gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi BMW 523 markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
18 Yanvar , 2020 14:45
DGK: Külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin mühərrikinin arxa hissəsindəki və ön sağ, sol oturacaqlarının arxasındakı örtüyün arasındakı boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 680 ampula, 7840 ədəd həb və kapsuldan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi