Gömrük Komitəsinin rüşvət alarkən tutulan polkovnikinin məhkəməsi başlayıb

Gömrük Komitəsinin rüşvət alarkən tutulan polkovnikinin məhkəməsi başlayıb Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı N.İmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
14 Noyabr , 2018 11:58
Gömrük Komitəsinin rüşvət alarkən tutulan polkovnikinin məhkəməsi başlayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı N.İmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman N.İmanov bildirib ki, iki azyaşlı övladı var.

Daha sonra N.İmanovun vəkili Əfqan Məmmədov vəsatət qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.

Bundan başqa, vəkil N.İmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməyəcəyi təqdirdə hüquqlarını müdafiə etdiyi şəxsin qəfəsdən çıxarılıb yanında əyləşdirilməsini tələb edib.

Vəsatətlər təmin olunmayıb.

Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, DKG-nın yaydığı məlumata əsasən, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi