Gömrük Komitəsi “Veysəloğlu” şirkətinə inzibati protokol yazdı

Gömrük Komitəsi “Veysəloğlu” şirkətinə inzibati protokol yazdı Dövlət Gömrük Komitəsi Veysəloğlu” MMC barədə inzibati protokol tərtib edib.
Hadisə
1 İyul , 2020 11:38
Gömrük Komitəsi “Veysəloğlu” şirkətinə inzibati protokol yazdı

Dövlət Gömrük Komitəsi "Veysəloğlu” MMC barədə inzibati protokol tərtib edib.

“Report” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Rauf Əhmədovun sədrliyi ilə baxılacaq.

1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış, distribüter və istehsal şirkətidir. 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki də daxildir. 

Son xəbərlər

Orphus sistemi