Dövlət ​Gömrük Komitəsi 115 min qutu pirotexniki məmulat aşkar edib

Dövlət ​Gömrük Komitəsi 115 min qutu pirotexniki məmulat aşkar edib Heç bir aksiz markası olmayan 5 250 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb
Hadisə
4 Mart , 2015 14:15
Dövlət ​Gömrük Komitəsi 115 min qutu pirotexniki məmulat aşkar edib

Bakı. 4 mart. REPORT.AZ/ Bakı Baş Gömrük İdarəsinin əməkdaşları “Kamaz” markalı avtomaşının içərisindən 115 120 qutu pirotexniki məmulat və 3 adda müxtəlif markalı 8 372 ədəd fişəng aşkar edərək götürüb. Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Kamaz” markalı, 35BF757 dövlət nömrə nişanlı avtomaşın saxlanılaraq müşaiyət altında “İpək Yolu” gömrük terminalına gətirilib və nəqliyyat vasitəsində olan mallara baxış keçirilib.

Baxış zamanı avtomaşının içərisindən heç bir yük müşayiət sənədi olmayan 115 120 qutu pirotexniki məmulat və 3 adda müxtəlif markalı 8 372 ədəd fişəng aşkar edilərək götürülüb.

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən isə respublikaya qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretlər aşkar olunub.

Belə ki, Azərbaycan vətəndaşı Bədəlov İlkin Ramiz oğlunun idarə etdiyi “Mercedes Benz E 200” markalı, “99-GX-179” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan vətəndaşı Süleymanov Rac Xanlar oğluna məxsus 28 ədəd müxtəlif rəngli polietilen torbaların içərisindən üzərində heç bir aksiz markası olmayan 5250 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi