İstintaq: Gəzdirdiyi it Həsən Həsənovun özünün olmayıb

İstintaq: Gəzdirdiyi it Həsən Həsənovun özünün olmayıb Onunla eyni vaxtda bıçaqlanmış Orxan Məmmədzadənin vəziyyəti ağırdır
Hadisə
8 Yanvar , 2015 16:52
İstintaq: Gəzdirdiyi it Həsən Həsənovun özünün olmayıb

Onunla eyni vaxtda bıçaqlanmış Orxan Məmmədzadənin vəziyyəti ağırdır

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakıda “Sahil” bağında it gəzdirən şəxsin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gəzdirdiyi it Həsən Həsənovun özünün olmayıb. İt adı açıqlanmayan rus qadının olub. H.Həsənov isə iti gəzdirdiyinə görə pul alırmış. Hadisədən sonra itin sahibi olan qadın da istintaqa cəlb edilib.

“Report”un əldə etdiyi digər məlumata görə, H.Həsənovla eyni vaxtda bıçaqlanmış Orxan Məmmədzadənin vəziyyəti ağırdır.

Qeyd edək ki, yanvarın 6-da Səbail rayonunda yerləşən "Sahil" bağında 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib. E.Çobanov isə tutulub.

Son xəbərlər

Orphus sistemi