Generalın sürücüsünə qarşı dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb

Generalın sürücüsünə qarşı dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
2 May , 2019 10:50
Generalın sürücüsünə qarşı dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 8-nə təyin edilib.

İttiham aktına əsasən, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun sürücüsüdür.

Son xəbərlər

Orphus sistemi