Generalın sürücüsünə qarşı dələduzluqda təqsirləndirilən qadının cinayət işi məhkəməyə göndərilib

Generalın sürücüsünə qarşı dələduzluqda təqsirləndirilən qadının cinayət işi məhkəməyə göndərilib Bakıda dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
19 Aprel , 2019 20:03
Generalın sürücüsünə qarşı dələduzluqda təqsirləndirilən qadının cinayət işi məhkəməyə göndərilib
Report

Bakıda dələduzluqda təqsirləndirilən Gülarə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun sürücüsüdür.

Son xəbərlər

Orphus sistemi