Generalın anasının evindən oğurluq edən qadınla bağlı protest təmin edilməyib

Generalın anasının evindən oğurluq edən qadınla bağlı protest təmin edilməyib Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın barəsində olan bəraət hökmündən prokurorluq tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
6 Aprel , 2019 18:07
Generalın anasının evindən oğurluq edən qadınla bağlı protest təmin edilməyib
Report

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın barəsində olan bəraət hökmündən prokurorluq tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorluğun kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunub. Təqsirləndirilən S.Məmmədova onun evində qulluqçu kimi fəaliyyət göstərib. Hadisədən sonra zərərçəkmiş dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədova barəsində CM-nin 177.3.2-ci maddəsi üzrə bəraət verilib. Hökmə əsasən, 326.1-ci və 326.2-ci (rəsmi sənədləri zədələmə və gizlətmə) maddələrin isə müddəti keçdiyi üçün S.Məmmədovaya cəza təyin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorluğun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, oğurluq hadisəsi baş vermiş evin sahibi, mərhum B.Əkbərova Dövlət Gömrük Komitəsinin general-mayoru Qambay Əliyevin anasıdır.

Son xəbərlər

Orphus sistemi