“Gənclik Mall”da paltar oğurlayan şəxs tutulub

Hadisə
  • 22 iyun, 2018
  • 08:06
“Gənclik Mall”da paltar oğurlayan şəxs tutulub

Bakı. 22 iyun. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “Zara” geyim mağazasından paltar oğurlayan şəxs tutulub.

“Report”un xəbərinə görə, Yevlax rayon sakini 24 yaşlı Tural Qurbanzadə mağazanın mühafizəçiləri tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.