Lənkəranda Gənclər günü qeyd olunub - FOTO
- 01 fevral, 2019
- 07:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəran. 1 fevral. REPORT.AZ/ 2 Fevral-Gənclər günü münasibətilə Lənkəran şəhərində ümumrayon tədbiri keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, iştirakçılar əvvəlcə Heydər Əliyev xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzməklə ümummilli liderə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Sonra tədbir ötən il Prezident İlham Əliyevin Lənkəran şəhərinə səfəri zamanı açılışı olmuş yeni Olimpiya İdman Kompleksində davam etdirilib.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gəncləri bayram münasibətilə təbrik edərək ölkədə və rayonda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən ötrü görülən işlər barədə ətraflı danışıb.
T.Qaraşov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə uğurla həyata keçirilir, bu qayğı sayəsində ictimai-siyasi həyatın bütün sahələrində gənclərin rolu artıqb.
İcra başçısı qeyd edib ki, Azərbaycan gənclərinin müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevin tarixi irsinə, onun müdrikliklə müəyyənləşdirdiyi siyasi kursa dönməz sədaqəti, İlham Əliyevin vətənimizin tərəqqisi naminə həyata keçirdiyi möhtəşəm işlərdə yaxından iştirakı xalqımızda xöşbəxt gələcəyə tükənməz inam və əminlik yaradır.
T.Qaraşov lənkəranlı gənclərin bundan sonra da doğma şəhərin inkişafında, daha da gözəlləşməsində yüksək siyasi fəallıqla iştirak edəcəklərinə əminliyini ifadə edərək onlara ictimai həyatda, təhsildə, idmanda, çalışdıqları digər sahələrdə uğurlar arzulayıb.
Sonra İcra başçısı rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən bir qrup fəal gəncə şəhər İcra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.
Tədbir maraqlı əyləncəli-konsert proqramı ilə davam edib.