Gəncədə mağazadan oğurluq etmək istəyən şəxslər saxlanıldı

Gəncədə mağazadan oğurluq etmək istəyən şəxslər saxlanıldı Saxlanılan şəxslərin digər cinayət hadisələri törətmələri ehtimal olunduğundan araşdırmalar davam etdirilir
Hadisə
26 Aprel , 2021 10:00
Gəncədə mağazadan oğurluq etmək istəyən şəxslər saxlanıldı
Orxan Abbasov və Əli Vəliyev

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri “iş başında” saxlayıblar.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Gəncə şəhər sakini, əvəllər məhkum olunmuş Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev gecə saatlarında şəhər ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.

Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb və onlar oğurluq edərkən yaxalanaraq, istifadə etdikləri maddi sübutlarla birlikdə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə təqdim edilib.

Araşdırmalar zamanı O.Abbasovun əvvəllər eyni mağazadan bir neçə dəfə də oğurluq etməsi müəyyən edilib.

Saxlanılan şəxslərin digər cinayət hadisələri törətmələri ehtimal olunduğundan araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi